Ankarada gizlənən FETÖ/PDY terror təşkilatı üzvlərinə qarşı aparılan axtarışlarda daha 13 şübhəli saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb.
Bildirlib ki, FETÖ-çülərə qarşı aparılan istintaqda terror təşkilatı üzvlərinin sığındığı “hücrə"lərə qarşı yeni əməliyyat həyata keçirilib: "Onlar həbsdən yayınmaq üçün tez-tez məkan dəyişsələr də, yerləri müəyyən olunub. Əməliyyatla axtarışda olan 16 şübhəlidən 13-ü saxlanılıb".
Tahir
MİA.AZ