Fransada terror aktları ilə bağlı təhdid mesajları alan 7 məktəb boşaldılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Fransanın Rouen şəhərində yerləşən 6 məktəbə "terror olacaq" tipli mesajlar göndərilib.
Buna paralel olaraq Parisdə də 1800 şagirdin oxuduğu Paul Eluard Liseyində də oxşar xəbərdarlqı mçesajı göndərilib.
Məlumata görə, ümumilikdə 7 məktəbə terror mesajından dərhal sonra məktəblər boşaldılıb, əörazidə ciddi təhlükəsizlik tədbirləri görülüb. Lakn sonradan həmin xəbərdarlıqların əsassız olması aydınlaşıb.
Faktla bağlı araşdırma aparılır.
Tahir
MİA.AZ