Ərdoğanın xanımı Kolumbiya prezidentinin xanımın Türkiyəyə dəvət edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.
O, bildirib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası toplantıları çərçivəsində Nyu Yorkdakı Türk Evində Veronika Alcocer Qarsiya ilə görüşüb: "Görüşdə qadın hüquqları, təhsildə bərabər imkanlar və BMT-nin Baş katibi Antonio Quterreşlə imzaladığımız BMT-nin Sıfır Tullantı Məsləhət Şurası ilə bağlı müzakirə apardıq."
2015-ci ildə Kolumbiya səfərinə toxunan Əminə Ərdoğan “31 Oktyabr Dünya Şəhərlər Günü” münasibəti ilə Qarsiyanı İstanbulda qəbul etmək istədiyini də onun diqqətinə çatdırıb.
Zülfiyyə
MİA.AZ