ABŞ-ın şimalında qəzaya uğrayan dəniz piyadalarına məxsus F-35 təyyarəsi ilə baökl hər hansı bir məlumat yoxdur.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlama yayıb. 

Bildirilib ki, F-35 təyyarəsinin pilotu paraşütlə tullanaraq sağ qurtulsa da, qırııcıdan indiyədək xəbər tuta bilməyiblər.

ABŞ Ordusunun sözçüsü mayor Melani Salinasin sözlərinə görə, F-35 təyyarəsi ilə bağlı bölgədə axtarış başlansa da, nəticə yooxdur.

Axtarış işləri qurudan və havadan davam edərkən, səlahiyyətlilər təyyarənin tapılması üçün yerli əhalidən kömək istəyib. 

Samir Musayev

MİA.AZ