Keniyada qanunsuz hərbi təlim keçirən 4 xarici ölkə vətəndaşı saxlanılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Keniya polisi paytaxt Nayrobidə bir oteldə qalan və qeyri-qanuni hərbi təlim keçdiyi təsbit edilən 4 nəfərə qarşı əməliyyat keçirilib.
Məlumata görə, polis ölkəyə turist vizası ilə daxil olan 2 Kamerun, 1 Nigeriya və 1 Toqo vətəndaşının dini qurum olan "Connacce International Chaplain" təşkilatının "damı altında", əslində, təqiqət üzvlərinə hərbi təlim keçdiyini müəyyənləşdirib.
Xəbərdə deyilir ki, məhkəməyə çıxarılan 4 əcnəbi vətəndaş pul girovu müqabilində zaminə buraxılıb: "Prosesdə prokurorluq israrla onlaırn barəsində ən azı 5 günlük həbs qətimkan tədbiri tələb etsə də, məhkəmə bu tələbi rədd edib. Proses sentyabrın 20-də davam etdiriləcək".
Xatırladaq ki, Keniya polisi son bir ay ərzində ölkədə qeyri-qanuni fəaliyyətlə məşğul olan əcnəbilərə qarşı əməliyyatlar keçirir.
Tahir
MİA.AZ