Venesuelanın Falcon əyalətində məcburi eniş edən kiçik təyyarədə 455 kiloqram kokain aşkarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Remigio Seballos açıqlama verib.
O bildirib ki, Bolivar Silahlı Qüvvələrin kiçiktutumlu təyyarəsinin gizli bölməsində 455 kiloqram kokain ələ keçirilib.
Nazir təyyarənin braziliyalı pilotlarınn saxlanıldığını deyib: "İstintaq başlayıb, kokainin kim və kimlərə məxsus olması araşdırılır".
Tahir
MİA.AZ