Çinin Yulin şəhərində güclü yağışın səbəb olduğu sel və torpaq sürüşmələrində 7 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Quandun əyalətində fermada saxlanılan 75 timsah sel sularına qatılaraq şəhərə qorxu saçmağa başlayıb.
Məlumata görə. son 3 gündə yağan yağış nəticəsində bölgədə sel və torpaq sürüşməsi davam edir.
Səlahiyyətli orqanlar sel sularının axıntısına qatılan timsahlarla bağlı bölgə əhalisinə xüsusi xəbərdarlıq edib: "Evdən bayıra qətiyyən çıxmayıb. Hazırda 69 timsah və onlaırn 6 balasının axtarışı davam edir".
Çin Meteorologiya İdarəsi isə güclü yağışların bu gün və sabah da davam edəcəyini bəyan edib.
Lamiyə Əhmədli
MİA.AZ