Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe ölkədə sel fəlakətində həyatını itirənlərə göər 3 günlük matəm elan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qasırğa və güclü yağış nəticəsində yaranan daşqında 3 mindən çox inasn plüb, 7 mindən çox yoxa çıxıb. Hər keçən saat ölü sayı artır.
Bu və ya digər məqamları nəzərə alan Liviya Milli Birlik Hökuməti 3 günlük matəm elan edib.
Dövlət qurum və təşkilatlarına lazım olan bütün imkanlardan istifadə edilməsi ilə bağlı tapşırıqlar verdiyini deyən baş nazir Dibeybe xarici ölkələrədn yardım istəyib: "İnanıram ki, onlar daşqından zərər çəkmiş bölgələrə kömək edəcəklər".
Samir
MİA.AZ