Türkiyə kəşfiyyatı (MİT) Suriyanın şimalında daha bir əməliyyat keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla Amudedə terror təşkilatı PKK/YPG-nin sözdə hərbi təlim üzrə məsul şəxsi - Serhat Serhil kod adlı Muhtesim Akyüreki zərərsizləşdirilib.
Məlumata görə, o, Suriya sərhədində türk hərbçilərinə qarşı terror hazırlığında məsul şəxslərdən olub: "O, 2015-ci ildə terror təşkilatına daxil olan Muhtesim Akyürek PKK düşərgələrində hərbi təlim keçib. Bundan sonra zamanla o, PKK sıralarında "yüksəlib"".
Tahir
MİA.AZ