Türkiyənin Kırklareli şəhəriunin Dəmirköy mahalında baş verən seldə itkin düşn həkim Selman Bağışlar və həyat yoldaşı Mihriban Bağışların cəsədləri tapılıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, 3 ay əvvəl evlənən və tətil üçün Antaliyadan buraya gələn cütlük güclü yağışın yaratdığı qəfil daşqında yoxa çıxıblar.
Dünəndən aparılan axtarışlardan sonra onların cəsədi tapılaraq aidiyyyatı üzrə təhvil verilib: "Bununla da daşqında ölənlərin sayı 5-ə çatıb, bir nəfər - Ahmet Baki Şimşəyin axtarışı isə davam edir".
Tahir Şəlvəli
MİA.AZ