Xarici işlər naziri Hakan Fidan bu gün Ankarada Yunanıstanın xarici işlər naziri Yorqo Gerapetritis ilə görüşəcək. 

Mia.az TRThaber-ə istinadla xəbər verir ki, görüş Yunanıstan mətbuatının və ictimaiyyətinin də gündəmindədir.

Yunan mətbuatında bu görüşə belə təqdimat verib: “Türkiyə bizi danışıqlar masasına oturmağa məcbur etdi...” 

Yunan mediası yazıb ki, görüş zamanı siyasi dialoq, etimad yaradılması tədbirləri və müsbət gündəm məsələləri müzakirə olunacaq: "Bu görüş iki tərəf arasında əlaqələrin güclənməsinə şərait yarada bilər".

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis isə deyib ki, Türkiyə ilə Yunanıstan arasındakı hazırkı isti atmosfer ardıcıllıqla davam etməlidir.

Zülfiyyə

MİA.AZ