İstanbulun Esenyurt rayonunda mədəniyyət mərkəzində yanğın baş verib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, hələlik bəlli olmayan səbəbdən Anka Kuşu küçəsində yerləşən Şəhid Erol Olçok Mədəniyyət Mərkəzini qəfil güclü yanğın bürüyüb.
Məlumata görə, buir anın içində başlayan yanğını söndürmək üçün əraziyə xüeyli yanğınsöndürənlər göndərilib.
Nəhayət, yanğın söndürülsə də, mərkəz yararsız hala düşüb.
Zülfiyyə
MİA.AZ