Afrika ölkəsi olan Yaşıl Burun sahillərində qanunsuz miqrantların olduğu qayıq aşıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Safa Msehli açıqlama verib.
O bildirib ki, qayıqda olan 100-dən çox miqrantdan 63-ü dənizdə batıb: "4-ü 12-16 yaş arası uşaq olmaqla, ümumilikdə 38 miqrant isə xilas edilib".
Sözüçü deyib ki, hazırda 63 miqrantın cəsədləri axtarılır.
Xəbərdə o da deyilir ki, miqrantlar Seneqaldandırlar, onlar iyulun 20-də yola çıxaraq dəniz vasitəsiylə Avropa ölkələrinə getmək istəyiblər.
Zülfiyyə
MİA.AZ