Bu gün Prezident Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın 3 saatlıq iclasından sonra Türkiyə ordusun yeni Baş qərargah rəisi ilə yanaşı,  rütbəsi artırılanların adları da bəlli olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2-ci Ordu komandanı, ordu generalı Metin Gürak Baş Qərargah rəisi təyin edilib. 

Bundan əlavə, Ərdoğanın sərəncamı ilə 30 avqust 2023-cü il tarixinə 32 general və admirala daha yüksək rütbə, 63 polkovnik isə general və admiral rütbələrinə yüksəldilib: "24 general və admiralın səlahiyyət müddəti bir il, 365 polkovnikin səlahiyyət müddəti isə 2 il uzadılıb. 2 general 2023-cü il sentyabrın 1-dən yaş həddinə görə, 41 general və admiral isə ştat çatışmazlığı səbəbindən 30 avqust 2023-cü il tarixindən təqaüdə göndəriləcək".

Məlumata görə, rütbəsi artırılanların arasında Türkiyə tarixində ilk dəfə admiral vəzifəsinə bir qadın hərbçi də yüksəlib: "Ərdoğanın sərəncama ilə Türkiyə Silahlı Qüvvələrində ilk dəfə qadın admiral təyin edilib. Dəniz Qüvvələri Komandanlığında qərargah polkovniki Gökçen Fırat admiral rütbəsinə yüksələrək, adını tarixə yazdırıb".

Samir Musayev

MİA.AZ