Türkiyənin Mardin şəhərinin Mazıdağı rayonunda işıqpulu borclarının ödənilməməsi böyük gərginliyə yol açıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 6 ildir yığılıb qalan enerji borcuna görə məhkəməyə müraciət edən şirkət məhkəmə qərarı ilə Mazıdağı rayonunun Ekincilər və Karataş məhəllələrindəki transfarmatorları sökmək istəyib: "Enerji şirkəti 2017-ci ildən bəri ödənilməmiş elektrik borcunun ödənilmədiyini əsas gətirərək məhkəməyə müraciət edib. Məhkəmə məhəllələrdəki 6 transformatorun sökülməsinə qərar verib. Jandarma qrupları və vəkillərlə bölgəyə gedən enerji şirkəti işçiləri 5 transformatoru söküb. Ancaq sonuncu üçün Ekincilər kəndinə gedən enerji şirkətinin işçiləri ilə kəndlilər arasında qarşıdurma yaranıb. Kənd bir anın içində döyüş meydanına çevrilib".
Mlumata görə, transfarmatorun sökülməsinə mane olan kənd sakinləri biçilmiş sahəyə, o cümlədən transformatorun olduğu ərazidəki küləşə od vurublar: "Alov küləyin təsiri ilə geniş əraziyə yayılıb. Hadisə yerinə sövq edilən yanğınsöndürənlər yanğını çətinliklə nəzarət altına alıblar. Lakin sonradan bəlli olub ki, transfarmator da yanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb".
Lamiyə Əhmədli
MİA.AZ