İstanbulun Bayrampaşa rayonunda biznes mərkəzində naməlum səbəbdən yanğın baş verib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib.
Məlumata görə, yanan biznes mərkəzinin zirzəmisinə çarəsiz vəziyyətdə sığınmış vəziyyətdə qalan 9 nəfər xilas edilib, 4 yanğınsöndürən isə tüstüdən zərər çəkib.
Zülfiyyə
MİA.AZ