İranda havanın temperaturun kəskin artması hökuməti yeni qərar qəbul etməyə məcbur edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sabahdan havanın temperaturunun 51 dərəcəyə çıxacağı bardə proqnozdan sonra avqustun 2-si və 3-ü günləri tətil elan olunub.
Bu barəəd İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi "Twitter" hesabında belə tvit atıb: "Bu günlərdə misli görünməmiş istilər səbəbindən vətəndaşların sağlamlığını qorumaq üçün Səhiyyə Nazirliyinin təklifi ilə ölkənin bütün ərazisində çərşənbə və cümə axşamı günləri (Avqustun 2-i və 3-ü) qeyri-iş günləri elan edilib".
Tahir Şəlvəli
MİA.AZ