Rusiyanın Altay bölgəsində turistləri daşıyan Mi-8 tipli helikopteri qəzaya uğrayıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, qəza helikopterin eniş edərkən elektrik naqillərinə toxunmasından sonra baş verib.

Məlumata görə, qəzada 6 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb. 

Yaralılara xəstəxanada tibbi yardım göstərilib.

Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu deyilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Fərid

MİA.AZ