Türkiyənin Diyarbəkir vilayətində dəstəmaz almaq üçün səhər evinin qarşısına çıxan 90 yaşlı Faiq Dəlibaş sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, küçə itləri tək yaşayan yaşlı adamı parçalayaraq öldürüblər.
Məlumata görə, əraziyə gələn polis və təcili yardım onun parçalanmış meyitini ekspertizaya aparıblar.
Hadisədən sonra sakinlərin şikayəti üzrə bölgədə küçə itlərinə qarşı tədbirlər artırılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
Tahir
MİA.AZ