Türkiyə ordusu İraqda - Pəncə-Kilid Əməliyyatı bölgəsində terrorçuların atəşi nəticəsində daha bir şəhid verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mlilli Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, quru qoşunlarının əsgəri Mehmet Can PKK terror təşkilatı üzvləri tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Şəhid bu gün məmləkəti Osmaniyenin Düziçinin Yarbaşı qəsəbəsində dəfn olunacaq.
Samir Musayev
MİA.AZ