Bu gün İYİ Partiya sədri Meral Akşenerin doğum günüdür.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, partiya üzvləri 67 yaşlı liderlərinin ad gününü mərkəzi ofisin önündə atəşfəşanlıqla qeyd ediblər.
Məşəlləri görən Akşener maşından düşərkən deyib: "Deyəsən, saçlarımızı yandırmağa qərarlısınız”.
Daha sonra partiyada tort kəsilib.
Xatırladaq ki, Akşener 18 iyul 1956-cı ildə anadan olub.
Samir
MİA.AZ