Somalidə sərnişin təyyarəsi eniş etdikdən sonra idarəetməni itirərək uçuş-enmə zolağından çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hava limannında divara çırpılan təyyarə iki hissəyə bölünüb.
Məlumata görə, təyyarəi 30 sərnişin və 4 ekipaj üzvü olub. Onların səhhəti barədə hər hansı bir məlumat verilməyib.
Xəbərdə yalnız o deyilir ki, hadisə pilotun kobud səhvi nəticəsində baş verib.
Zülfiyyə
MİA.AZ