Türk komandoları PKK-nın İraqın şimalında yerləşən Zap əyalətinin sözdə lideri, Batman Serzan Mava kod adlı terrorçu Ferit Yüksel gizləndiyi  mağarada nəhv ediblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Türkiyə ordusunun daxildə və xaricdə terrorla mübarizəsi sürətini azaltmadan uğurla davam edir.

Lamiyə

MİA.AZ