ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD terror təşkilatının lideri Usamə əl-Muhacirin Suriyanın şimalında həyata keçirilən əməliyyatda öldürüldüyünü açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı əməliyyatın iyulun 7-də keçirildiyni bildirib.
Qeyd olunub ki, 2 saatdan çox sürən atışmadan sonra havaya MQ-9 markalı PUA qaldırılıb və bu PUA vasitəsi ilə terrorçu məhv edilib: "Bu, əməliyyatla bir daha sübut etdik ki, bölgədə İŞİD-ıə qarşı mübarizəmiz qətiyyətli şəkildə davam edir".
ABŞ Mərkəzi Komandanlığı generalı Maykl Kurilla onu da deyib ki, Rusiya təyyarələri İŞİD liderinə qarşı hava hücumunu əngəlləməyə çalışıb: "Lakin onlar buna mane ola bilmədilər. Deyə bilərəm ki, bu əməliyyat ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD-ə qarşı həyata keçirdiyi ən ciddi əməliyyatlardan biridir".
Generalın sözlərinə görə, əməliyyat zamanı heç bir mülki şəxs zərər görməyib.
Lamiyə ƏHMƏDLİ
MİA.AZ