Türkiyə ilə Misir arasında qarşılıqlı səfirlərin təyin olunmasından sonra münasibətlər hər keçən gün daha da istiləşir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Misir prezidenti Sisinin iyulun 27-də Ankaraya səfəri gözlənilir.

Məlumata görə, o, Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək: "Tərəflər təkcə ikitərəfli əlaqələri deyil, həm də bölgədəki mühüm problemlərlə bağlı müzakirə aparacaqlar. Gpözlənilir ki, təərflər Surya və digər məsələlərlə bağlı ortaq yol xəritəsi üzərində planlama aparacaqlar".

Samir Musayev

MİA.AZ