Türkiyə kəşfiyyatı (MİT) PKK-nın sözdə İraq üzrə kəşfiyyatçısı Cəlal Qayanı Süleymaniyyədə keçirdiyi əməliyyatla zərərsizləşdirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, türkiyəli diplomat Osman Kösenin şəhid olduğu terrorun təşkilatçısı olub.
Məlumata görə, türkiyəli diplomat Osman Kösenin 17 iyul 2019-cu ildə Ərbildə şəhid edilib: "Həmin terrorun təşkilatçısı Cəlal Kaya o vaxtdan İraqın müxətlif bölgələrində gizlənirdi. MİT-in uzun izləmələrindən sonra o, nəhayət, məhv edilib"
Samir MUSAYEV
MİA.AZ