"Qəbələ" klubu futbolçusu Omar Hani ilə müqavilənin müddətini uzadıb.

Klub Mia.az-a verilən məlumata görə, 24 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, iordaniyalı oyunçu 2021-ci ilin sentyabrından əyalət təmsilçisində çıxış edir.