İspaniya La Liqa komandalarından olan "Osasuna" UEFA tərəfindən cəzalandırılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Osasuna" mənimsəmə, sənəd saxtalaşdırılması və danışılmış oyunlarda ittiham olunub.
Məlumata görə, bunlarıla bağlı aparılan araşdırmalar təsdiqlənib və UEFA rəhbərliyi Konfrans Liqasında iştirak etmək hüququ qazanan "Osasuna"nı bu imkandan məhrum edən qərar verib: "Qərara əsasən, kluba avrokuboklarda iştirak qadağası qoyulub".
Xəbərə görə, Konfrans Liqasında komandanı "Atletik Bilbao" əvəzləyəcək.
Fərid
MİA.AZ