“Neftçi” yarımmüdafiəçi Sezar Meza Kolli ilə yolları ayırıb.
Mia.az xəbər verir ki, 31 yaşlı paraqvaylı oyunçunun bitən müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub.