"Realk Madrid"in keçmiş futbolçusu, hazırda amerikada yaşaya Qaret Beyl bir vaxtlar rəqibi olduğu Lionel Messinin "İnter Mayami"yə transferinə maraqlı şərh verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qaret Beyl Messinin ABŞ-da rahatlıq tapacağını iddia edib: "Əminəm, Lionel Messi burada çox sevəcək".
Keçmiş futbolçu bildirib ki, Amerika liqasında (MLS) Avropadakı kimi deyil: "Burada hər şey daha sakitdir. "Real Madrid"də məğlub olanda dünyanın sonu kimi idi. Biz evə çarmıxa çəkilmiş şəkildə qayıdırdıq. MLS-də isə uduzmaq dünyanln sonu deyil. Ancaq hər qələbə çempionluq kimi qeyd olunur. Lionel Messi buranı mütləq bəyənəcək”.
Fərid
MİA.AZ