Dünyaca məşhur futbolçular Səudiyyə Ərəbistanına yollanmaqda davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Əl-İttihad" "Çelsi"nin futbolçusu N'Qolo Kanteni rənglərinə bağlayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı komandası ilə 4 illik müqavilə imzalayan fransalı ulduz 100 milyon avro qazanacaq.
Onu da qeyd edək ki, "Əl İttihad" bir müddət əvvəl "Real"la yollarını ayıran Benzemanı da heyətinə qatıb.
Fərid
MİA.AZ