"İnter"lə müqaviləsi başa çatan və adı "Fənərbağça"ya transferdə hallanan bosniyalı məşhur hücumçu Edin Dzekoya dünən keçirilən mətbuat konfransında "Türkiyəyə gedəcəksiniz?" sualı verilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Bosniya Herseqovina - Lüksemburq millilıri arasında keçirilən görüşdə ""Fənərbağça" sizi transfer etmək istəyir. Gedəcəksinizmi?" sorusunu cavabsız buraxıb. Daha dəqiqi, hücumçu bu suala sadəcə gülümsəyərək reaskiya verib.
Xatırladaq ki, Bu mövsüm "İnter"də 51 oyun keçirən Edin Dzeko 14 qol vurub, 4 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ