Türkiyə millisininn müdafiəçisi Merih Demiral Uels matçından sonra açıqlama verib.
Mia.az "A Sport" telekanalına istinadla xəbər verir ki, Merih Demiral qələbə qazandıqları üçün çox xoşbəxt olduqlarını deyib: "Samsunlulara təşəkkür edirəm. Gözəl atmosfer var idi. Çox gözəl matç oldu. Xüsusilə ikinci hissədə lazım olan oyunu göstərdik...".
18 yaşlı Arda Gülərin vurduğu qoldan söz açan Dəmiral bildiirib ki, son dəfə nə vaxt belə qol gördüyünü xatırlamır: "Möhtəşəm qol idi. Ardanı təbrik edirəm".
Fərid
MİA.AZ