Bu gün Avropa çempionatının qrup seçmə mərhələsində Türkiyə millisi Uelslə qarşılaşıb.
Mia.az xəbər verir ki, gərgin keçən oyunun 41-ci dəqiqəsində Uels millisi azlıqda qalıb.
Belə ki, Morrell 41-ci dəqiqədə Ferdi Kadıoğluna qarşı kobudluq edərək birbaşa qırmızı vərəqə alıb.
61-ci dəqiqədə Türkiyə millisi penaltini yerinə yetirə bilməyib.
72 və 80-ci dəqiqlərdə Türkiyə millisi iki qol atıb - 2:0
Xatırladaq ki, Türkiyənin çıxış etdiyi qrupda yer alan Ermənistan Latviyaya qalib gəlib - 2:1.
Bununla da Ermənistan millisi 3 oyuna 6 xal qazanaraq, 2-ci yerə yüksəlib.
Türkiyə millisi isə 4 oyuna 9 xalla 1-ci yerdədir.
Fərid
MİA.AZ