Azərbaycan Premyer Liqa komandalarından olan "Neftçi" türkiyəli məşqçi Sergen Yalçınla anlaşıb.
Mia.az Türkiyənin Haberler.com saytına istinadla xəbər verir ki, adı “Fənərbaxça” komandasının baş məşqçisi vəzifəsinə namizədlər siyahısında hallanan təcrübəli məşqçi 2 gün ərzində Bakı komandası ilə rəsmi müqavilə imzalayacaq.
Xəbərdə Azərbaycanda yayımlanan "CBC Sports" TV-nin əməkdaşı Elçin Cəfərovun fikirlərinə də yer verilib.
Jurnalist bildirib ki, “Neftçi” Sergen Yalçınla illik maaşla bağlı razılığa gəlib: "Rəsmi imzalar 2 gün ərzində atılacaq".
Xatırladaq ki, “Neftçi" indiyədək 9 dəfə liqa çempionu olub.
Fərid
MİA.AZ