“Mançester Yunayted”in sahibi olan Qleyzer ailəsi klubu Qətərli Şeyx Casim bin Həməd bin Casimə satıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qətərin "Əl-Vətan" nəşri məlumat paylaşıb.

Bildirilib ki, alqı-satqı 6 milyard funt-sterlinqə razılaşdırılıb.

"Mançester Yunayted"in meneceri Erik Haq klubun satışı ilə bağlı suala cavabda nə baş verdiyini bilmədiyini deyib: "Mən həqiqətən nə baş verdiyini bilmirəm. Tək bildiyim odur ki, "Mançester Yunayted" dünyanın ən böyük klublarından biridir. Amma futbolda daha yaxşı heyət qurmaq üçün pula çox ehtiyac var..."

Fərid

MİA.AZ