Türkiyə superliqasına yüksələn son komanda da bəlli olub.
Mia.az xəbər verir ki, bu gün keçirilən Play-off final matçında "Bodrumspor"la "Pendikspor" üz-üzə gəliblər.
Gərgin keçən oyunda hesabı "Pendikspor" açıb. 29-cu dəqiqədə Reqatti penaltini dəqiq yerinə yetirib - 1:0.
Bu qoldan sonra sürətini artıran İstanbul təmsilçisi Turamın 31-ci dəqiqədə vurduğu qolla fərqi artırıb - 2:0.
“Bodrumspor” 39-cu dəqiqədə fərqi azalıb. Bleə ki, Həsən Hatipoğlu avtoqola imza atıb - 2:1.
İkinci hissədə təzyiqi artıran "Bodrumspor"da Süleyman 62-ci dəqiqədə kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bundan sonra oyunda üstünlüyü ələ alan "Pendikspor" sonadək 10 futbolçu ilə qalan rəqibinə hesabı dəyişməyə imkan verməyib.
Fərid
MİA.AZ