Superliqaya yüksələn "Çaykur Rizəspor" klubu baş məşqçi Bülent Qorxmazla yollarını ayırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Çaykur Rizəspor" klubu müqaviləsi başa çatan Bülənt Qorxmazla yeni müqavilə imzalamadıqlarını bəyan edib: "21 fevral 2022-ci il tarixindən klubumuzda çalışan, müqaviləsi 31 may 2023-cü ildə başa çatan məşqçi Bülent Qorxmaza göstərdiyi xidmətlərə görə təşəkkür edirik".
Xatırladaq ki, komandanın sükanı arxasına İlhan Palutun gətiriləcəyi iddia olunur.
Fərid
MİA.AZ