Bu gün Praqada keçirilən UEFA Konfrans Liqasının finalında İtaliyanın "Fiorentina" komandası ilə İngiltərənin "Vest Hem" komandaları üz-üəz gəliblər.
Mia.az xəbər verir ki, oyunun ilk hissəsində hesab açılmayıb.
İkinci hissənin 62-ci dəqiqəsində isə "Vest Hem" penalti qazanıb. Benrahma penaltini dəqiq yerinə yetirib - 0:1.
Bu qoldan 6 dəqiqə sonra isə "Fiorentina" Bonaventuranın qolu ilə hesaba tarazlıq gətiriib - 1:1.
90-cı dəqiqədə isə "Vest Hem"dən Bover tarixi qələbə qoluna imza atıb. - 1:2.
Beləliklə, ingilis komandası Konfrans Liqasının qalibi olub.
Fərid
MİA.AZ