Argentinalı ulduz Angel Di Maria "Yuventus"dan ayrılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, adı "Qalatasaray"la hallanan 35 yaşlı hücumçu bu barədə "İnstaqram" hesabında məlumat paylaşıb:
"Çətin və mürəkkəb dövrümün sonuna gəldim. Komandamın uğuru üçün bütün gücümlə oynamışam və bu səbəbdən rahatlıqla ayrılıram...".
Xatırladaq ki, argentinalı ulduz bu mövsüm İtaliyada 40 oyuna çıxıb. O, 8 qol vurub, 7 məhsuldar ötürmə verib.
Onu da qeyd edək ki, hələ may ayından onun "Qalatasaray”a gələcəyi, hücum xəttində İkardi ilə birgə çıxış edəcəyi barədə xəbərlər yayılır.
Fərid
MİA.AZ