"Qəbələ"  Urfan Abbasov, İlkin Qırtımov, Murad Musayev və Emin Səfərovla yeni müqavilə imzalayıb.

Klubdan Mia.az-a verilən məlumata görə, oyunçuların hər biri 2 illik sözləşməyə imza atıblar.

"Qırmızı-qaralar"ın rəsmisi digər futbolçularla danışıqların davam etdiyini bildirib: "İsnik Aliminin agenti ilə söhbətimiz olub. Bizə dediyinə görə, hazırda heç bir klubla müqavilə bağlamayıblar. Təklifləri dəyərləndirirlər".

Qeyd edək ki, "Qəbələ" hələlik yalnız Məqsəd İsayevlə vidalaşıb. Müdafiəçinin "Zirə"yə keçəcəyi gözlənilir.