Fatih Terim sosial şəbəkədə "Fənərbağça"nın prezidenti Ali Koç ilə video paylaşıb. 

Mia.az xəbər verir ki, paylaşımda deyilir: “Dostlar, biz adları çəkilən şəxslərlə heç rəqib də deyilik”.

Türkiyə mətbuatı yazır ki, onun bu paylaşımı qısa zamanda böyük səs-küy yaradıb.

Maraqlı budur ki, Terim az sonra bu paylaşımı silərək yazıb ki, səhifəsinə müdaxil edilib: "Bu gün sosial media hesabıma edilən müdaxilədən sonra hesabımdan nəzarətdənkənar paylaşım edilib. Qısa müddətdə fərq edilən kimi bu siliniub, hesabım nəzarətə götürülüb. Xahiş edirəm, əvvəlki mesaja etibar etməyin".

Fərid

MİA.AZ