3-cü liqadan "Həvəskarlar liqası"na yuvarlanan "Əskişəhərspor"un prezidenti Erkan Koca komandasnın yenidən 3-cü liqaya qaytarılması üçün  Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, liqada haqsızlıq olduğunu bildirən Kocanın sözlərinə görə, Türkiyədə fevralın 6-da baş verən zəlzələ komandasının oyununa mənfi təsir edib: "Belə bir vəziyyətdə oynamaq haqsızlıq idi. Ona görə də aşağı liqaya düşən komandamızla bağlı qərarın ləğvi barədə TFF-yə rəsmi müraciət edik".

TFF-dən müsbət qərar gözlədiklərini deyən klub prezidenti bildirib ki, "Əskişəhərspor" tarixdə ilk dəfə həvəskarlar liqasına düşüb: "Bunu yaşatdığımız üçün azarkeşlərimizdən üzr istəyirəm".

Fərid

MİA.AZ