Spor Toto Super Liqanın 37-ci həftəsində "Kayserispor"la qarşılaşan "MKE Ankaragücü" tarixi qələbə qazanıb.
Mia.az xəbər verir ki, gərgin keçən matçda "Kayserispor"u 1:0 hesabı ilə məğlub edən "Ankaragücü" aşağı liqaya düşmə təhlükəsindən uzaqlaşıb.
"Ankaragücü"nə tarixi qələbə qazandıran qolu 24-cü dəqiqədə Stelios Kitsou vurub.
Bu nəticə ilə xalını 42-yə yüksəldən "Ankaragücü" superliqanın bitrməsinə bir tur qalmış növbəti mövsüm də superliqda oynama imkanını təminat altına alıb.
Fərid
MİA.AZ