Bu gün Spor Toto 1-ci Liqanın pley-off yarımfinal matçında Arda Turanın çalışdırdığı "Eyüpspor" "Bodrumspor"la üz-üzə gəlib.

Mia.az xəbər verir ki, ilk matçda 1-0 qalib gələn “Eyüpspor” əsas vaxta əlavə olunan dəqiqələrdə buraxdığı qollarla superliqaya çıxma xəyalını boşa verib.

Belə ki, qarşılaşmanın 90+1-ci dəqiqədə  Üzeyir Ergün və 90+8-də  isə Süleyman Özdamar Ege təmsilçisinə qələbə qazandıran qollara imza atıblar - 2:0.

Bununla da Arda Turanın komandası finalı fürsətini əldən verib və növbəti mövsüm yenə Spor Toto 1-ci Liqada mübarizə aparacaq.

Finala çıxan "Bodrumspor" isə "Pendikspor"la 8 iyunda finalda kozırlarını bölüşəcək. Qalib komanda superliqaya yüksələcək.

Fərid

MİA.AZ