"Fənərbaxça"nın əfsanəvi kapitanlarından Ümit Özat "Qalatasaray"ın argentinalı ulduzu Mario İkardi barədə "20 qol vursa, saçlarımı qırmızıya boyayacam. Söz bizdə namusdur" sözünün bəlasına düşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, argentinalı ulduz qollarını 21-ə çatdırdıqdan sonra futbolsevərlərin gözü Özata çevrilib.
Özat açıqlama verərək, bu gün saat 12-də saçlarını qırmızıya boyayacağını bildirib: "Sözümüz sözdür, namus sözdür”.
Fərid
MİA.AZ