"Fənərbağça"nın ekvadorlu ulduzu Enner Valensiya "Antalyaspor" matçında 29-cu qolunu vuraraq klub tarixinə adını qızıl hərflərlə yazdırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Enner Valensiya "Antalyaspor" matçında 29-cu qolunu vuraraq komandanın əfsanəvi brazlyalı yarımmüdafiəçisi Aleks de Souzanın qol rekordunu yeniləyib.
Beləliklə, ekvadorlu futbolçu "Fənərbaxça" tarixində bir mövsümdə ən çox qol vuran futbolçu olub.
Xatırladaq ki, Enner Valensiya oyununn 2-ci dəqiqədə Arda Gülərin ötürməsi ilə topu tora göndərib.
Fərid
MİA.AZ