“Qalatasaray” bu gün "Ankaragücü"nə qalib gələrək çempionluğa yüksəlsə, qazanacağı pullar bəlli olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, saat 20.00-da "Ankaragücü"nün qonağı olacaq "Qalatasaray" mübarizədən qalib ayrılacağı təqdirdə çempionluğunu elan edəcək.
Məlumata görə, "Sarı-qırmızılı"ları 23-cü çempionluğa yüksələcəyi təqdirdə böyük gəlir gözləyir: "22 çempionluğu olan "Qalatasaray" Superliqada bu dəfə də çempionluğa yüksəlsə, 198 milyon lirə gəlir əldə edəcək. 25 qələbə və 5 heç-heçə olan "Qalatasaray" bazar günü "Fənərbaxça"nı da məğlub edərsə, əlavə 33,4 milyon lirə, heç-heçə etsə, 2,3 milyon lirə qazanacaq".
Fərid
MİA.AZ