"Qalatasaray"da "Ankaragücü" matçından əvvəl 6 futbolçu sarı vərəqə limitindədir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray"ın 6 oyunçusu - Serxio Oliveyra, Dris Mertens, Rashica, Midtsjö, Kerem və Mauro İkardi "Ankaragücü" matçında sarı vərəqə görsə, "Fənərbaxça" derbisində oynaya bilməyəcək.
Məlumat üçün qeyd edək ki, derbi 4 iyun bazar günü saat 19.00-da oynanılacaq.
Qarşılaşma beIN SPORTS ekranlarında canlı yayımlanacaq.
Ləman
MİA.AZ