Ziraat Türkiyə Kubokunun yarımfinal cavab matçında “Ankaragücü” və “Başakşəhər” Əryaman Stadionunda “kozır”larını paylaşıblar.

Mia.az xəbər verir ki, İstanbuldakı ilk matçda 1-0 qalib gələn "Başakşehir" əlavə vaxtda 2-2 bərabərə qalaraq finala vəsiqə qazanıb.

Oyundan sonra açıqlama verən "Başakşehir"in baş məşqçisi Əmrə Belözoğlu finalda qarşılaşacaqları "Fənərbaxça"dan söz açıb.

Əmrə "Fənərbağça"ilə könül bağı olduğunu gizləyməyib: "Önümüzdə "Fənərbaxça" kimi böyük və yaxşı oyunçuları olan bir klub var. Finala daha yaxşı hazırlaşacağıq. Mən "Fənərbaxçalı Əmrə"yəm, "Fənərbaxça"nı həmişə ürəyimin ən yaxşı yerinə qoydum".

Fərid

MİA.AZ